Qeyd edək ki, TMB RU telekanalının yayım əhatəsi çox genişdir. Bunu telekanalın icraçı direktoru Kənan Musayev bildirib. «Yayım əhatəsinin geniş olması ən müsbət cəhət olsada, bir o qədərdə məsuliyyət deməkdir. Hazırda kanalımız Yaponiyadan – yəni Şərqin başlanğıcından İstanbula kimi, daha doğrusu Şərqin digər sərhəddinə kimi bütün ərazini əhatə edir. Bu bütün Şərq dəməkdir. Müxtəlif dillər, müxtəlif zövqlər və düşüncə tərzləri... Şərq axı özu-özlüyündə zəngin və rəngarəngdir. Bu rəngarəngliyi tam və dolğun olarağ tamaşaçıya çatdırmaq çox çətindir, amma şərəflidir. TMB RU rus dilində və keçmiş MDB ölkələrində də yayımlanır. Rus dilli auditoriyaya Şərq və TÜRK mədəniyyətini doğma dillərində çatdırmaqda işin daha bir nyuansıdır. Amma inaniram ki, biz bu işin öhdəsindən gələcəyik”.
Kənan Musayev onu da qeyd edib ki, TMB RU – nun “Türk Musik Birliyi” kimi tanığımız TMB telekanalından bir çox fərqləri də var. Onun sözlərinə görə, bu ən əsasi kanalın yayım dilində özünü biruzə verir.
“TMB RU Şərq kinosu ilə bağlı silsilə programlar və Şərq kinosunun ən parlaq nümunələrini də yayımlayacaq. Bir sözlə planlarımız çoxdur. Kanalımızın şüarı isə “GÜNƏŞ ŞƏRQDƏN DOĞUR”-dur. Bizim də qarşımızdakı bütün Şərq dünyasınının “GÜNƏŞİ” olmaqdır. Qərb aləmi bir çox elmi və mədəni uğurlarına görə, məhz Şərqə borcludur.”
TMB RU kanalını 85°- də yerləşən Gorizont peykindən aşağıdakı ayarlar ilə izləyə bilərsiniz. Tezlik 11720 Horizontal FEC: ¾ SR 28,800 Məlumat üçün bildirək ki, tez bir zamanda TMB RU kanalının yayımını Bakı şəhərinin KTV və digər kabel şəbəkələrindəndə izləyə biləcəksiniz.
Son xəbərlər
Son Xəbərlər