Rusiyada üçüncü yerli vaksin qeydiyyatdan keçdi

rusiyada-ucuncu-yerli-vaksin-qeydiyyatdan-kecdi
Oxunma sayı: 1088

Rusiya yaxın gələcəkdə ölkənin koronavirusa qarşı 3-cü peyvəndi - "KoviVak"ın istehsalına başlayacaq.

"Qafqazinfo" xəbər verir ki, bu barədə Rusiyanın Baş naziri Mixail Mişustin açıqlama verib. Qeyd edilib ki, COVID-19 infeksiyasına qarşı üçüncü vaksin artıq qeydiyyatdan keçib.

"Yaxın gələcəkdə, üçüncü preparat olan "KoviVak" üzrə sənaye istehsalı xətti işə salınacaq",-deyə Mişustin qeyd edib. 

Mişustin artıq 10 milyon doza "Sputnik V" və təxminən 80 min doza "EpiVacCorona" vaksininin istehsal edildiyini də bildirib.