Rusiyanın cənubunda və mərkəzi hissəsində yerləşən bir sıra hava limanlarında uçuşlara məhdudiyyət rejimi iyunun 18-dək uzadılıb.
“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi (“Rosaviasiya) yayıb.
Məlumata görə, qərar Rusiyanın 11 hava limanına şamil olunur ki, bunlar da Anapa, Belqorod, Bryansk, Voronej, Gelencik, Krasnodar, Kursk, Lipetsk, Rostov-na-Donu, Simferopol və Elista hava limanlarıdır.
Rusiya aviaşirkətlərinə Soçi, Volqorod, Mineralnıe Vodı, Stavropol və Moskva hava limanlarından istifadə edərək sərnişin daşınmasını alternativ marşrutlar üzrə təşkil etmək tövsiyə olunub.
Qeyd edək ki, Rusiya Ukraynadakı müharibə fonunda fevralın 24-dən etibarən ölkənin cənubunda və mərkəzi hissəsində mülki təyyarələr üçün öz hava məkanını bağlayıb.
Son xəbərlər
Son Xəbərlər