Rusiyada vertolyot qəzası - 18 ölü

rusiyada-vertolyot-qezasi
Oxunma sayı: 1701

Rusiyanın Krasnoyarsk vilayətində “Mi-8” tipli vertolyot qəzaya düşüb.

“Qafqazinfo” TASS Agentliyinə istinadən xəbər verir ki, bu barədə artıq Rusiyanın Fövqəladə Hallar Nazirliyi da məlumat yayıb. Göyərtədə 3-ü ekipaj üzvü, 15-i neftçi olmaqla 18 sərnişinin olduğu bildirilir. 

İlkin məlumata görə, vertolyotda olan şəxslərin hamısı həlak olub. Faciəvi hadisə İqarka kəndindən 2 km kənarda, Turuxan rayonunda baş verib. 
 
Vertolyot düşəndən sonra yanmağa başlayıb. Hadisəylə bağlı cinayət işi başlanıb. qəzanın pilotun məsuliyyətsizliyi və ya texniki nasazlığa görə baş verdiyi ehtimal edilir.