Rusiyada vertolyot qəzası baş verib.
“Qafqazinfo” rus mediasına istinadən xəbər verir ki, Leninqrad vilayətində vertolyot Suхоdоlskое gölünə düşüb.
Hüquq-mühafizə orqanlarının yaydığı məlumata görə, hadisə yerli vaxtla 08:30 radələrində baş verib. Hazırda vertolyotun markası və göyərtəsində olan adamların sayı dəqiqləşdirilir.
Hadisə yerinə xilasedicilər və təcili yardım maşınları cəlb edilib.
***
"Eurocopter" markalı vertolyotun göyərtəsində olan iki nəfər ölüb. Vertolyotun isə icazəsiz uçuş yerinə yetirdiyi bildirilir.
Son xəbərlər
Son Xəbərlər