Rusiyada vertolyot qəzaya düşüb, 8 ölü

rusiyada-vertolyot-qezaya-dusub-8-olu
Oxunma sayı: 1437

Çeçenistanda sərhəd xidmətinə məxsus Mi-8 vertolyotu qəzaya düşüb.

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, vertolyotun göyərtəsində olan 9 nəfərdən səkkizinin öldüyü bildirilir. 

Hazırda qəzanın baş vermə səbəbləri araşdırılır. 

Qeyd edək ki, ötən gün Rusiyada baş verən təyyarə qəzasında 39 nəfər həlak olmuşdu.