Rusiyada vertolyot qəzaya düşüb, ölənlər var

rusiyada-vertolyot-qezaya-dusub-olenler-var
Oxunma sayı: 1485

Rusiyanın İrkutsk vilayətində “Anqara” aviaşirkətinə məxsus Mi-8 vertolyotu qəzaya uğrayıb.

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, göyərtəsində 3 ekipaj üzvü olan vertolyot geoloji kəşfiyyat üçün havaya qalxıb.

Təyin edilən vaxtda əlaqəyə girməyən vertolyotun qalıqları tapılıb. Rusiya FHN-ni hər üç ekipaj üzvünün öldüyünü açıqlayıb. 

Faktla bağlı cinayət işi açılıb.