Rusiyada “Volkswagen” səkidəki 7 piyadanı vurdu - Video

rusiyada-volkswagen-sekideki-7-piyadani-vurdu
Oxunma sayı: 1694

Rusiyanın Sankt-Peterburq şəhərində minik avtomobili səkidə olan 7 piyadanı əzib.

“Qafqazinfo”nun “İnterfaks”a istinadən verdiyi xəbərə görə, “Volkswagen Polo” markalı avtomobil Lermontov prospektində öncə “Renault”la toqquşub. Daha sonra səkiyə çıxaraq insanların üzərinə sürüb.

Məlumata görə, hadisə nəticəsində sürücü də daxil olmaqla 7 piyada xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.