Rusiyada vulkan püskürdü - Alyaskada uçuşlar təxirə salındı

rusiyada-vulkan-puskurdu
Oxunma sayı: 1807

Rusiyanın Kamçatka vilayətində Şiveluç vulkanı püskürüb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, vulkan püskürməsindən sonra Alyaska Hava Yolları ABŞ-nin Alyaska ştatında səmanı kül buludlarının bürüməsi səbəbindən bəzi uçuşların dayandırıldığını açıqlayıb.

Rusiya Elmlər Akademiyası Uzaq Şərq Bölməsinin Vulkan Elmi və Seysmologiya İnstitutunun direktoru Kamçatkada həyatı iflic edən kül istilası ilə bağlı açıqlamasında bölgəyə yayılan külün qalınlığının 6-8 santimetrə çatdığını deyib. O, bu halın sonuncu dəfə 1964-cü ildə yaşandığını bildirib.