Rusiyada xaricə pul transferinə limit qoyuldu

rusiyada-xarice-pul-transferine-limit-qoyuldu
Oxunma sayı: 4209

Rusiyada fərdi şəxslərin xaricə pul transferinə limit qoyulub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Bankı məlumat yayıb.

Bildirilib ki, ölkədən xaricə 5 min dollardan çox pul transfer etmək mümkün olmayacaq.

Qeyd edilib ki, valyuta bazarında baş verən dalğalanmalarla əlaqədar maliyyə sabitliyi ilə bağlı əlavə qərarlar qəbul olunub.