Rusiyada xəstəxanada oksigenin kəsilməsinə görə 9 xəstə öldü

rusiyada-xestexanada-oksigenin-kesilmesine-gore-9-xeste-oldu
Oxunma sayı: 1348

Rusiyanın Vladikavkaz şəhərinin Klinik Təcili Yardım Xəstəxanasında 9 nəfər ölüb.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, buna xəstəxananın oksigen sistemində yaranmış nasazlıq səbəb olub.

Məluamtı rəsmi qurumlar təsdiqləyib.

Bildirilib ki, oksigen stansiyasında qəza olub. Bu səbəbdən oksigen tədarükündə fasilələr yaranıb. Faktiki olaraq yeraltı ehtiyatdan qidalanan oksigen borusu qırıldığı üçün oksigen təminatı dayanıb.