Rusiyada xəstəxanada yanğın - Ölənlər var

rusiyada-xestexanada-yangin
Oxunma sayı: 1566

Rusiyanın Ryazan şəhərində A.N.Semaşko adına xəstəxanasının reanimasiya şöbəsində yanğın baş verib.  

Bu barədə “Qafqazinfo” TASS-a istinadən xəbər verir.

Məlumata görə, yanğın nəticəsində üç nəfər həyatını itirib, səkkiz nəfər xilas edilib və xəstəxanalara yerləşdirilib, daha 35 nəfər təxliyə edilib.

Ölənlər reanimasiya şöbəsində koronavirusdan müalicə alırlarmış.

Yanğının səbəbi aydınlaşdırılır.