Rusiyada yanacaqdoldurma məntəqəsində partlayış - 13 yaralı + Video

rusiyada-yanacaqdoldurma-menteqesinde-partlayis
Oxunma sayı: 2310

Rusiyanın Volqoqrad şəhərində yanacaqdoldurma məntəqəsində qaz sisterni partlayaraq yanğına səbəb olub.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bu barədə Volqoqrad regional administrasiyasının mətbuat xidməti məlumat yayıb. Yanğın nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb.

“13 yaralı var, daha bir nəfər həkimə müraciət edib”,- deyə administrasiyanın nümayəndəsi bildirib.

Fövqəladə hallar xidmətinin məlumatına görə, yanacaqdoldurma məntəqəsində yanğının söndürülməsi zamanı baş verən partlayış nəticəsində 4 yanğınsöndürən yaralanıb. FHN işçilərindən birinin bədənin 50%-i yanıb.

Yanğın tamamilə söndürülüb.