Rusiyada yanğında 7 nəfər öldü - 3-ü uşaqdır

rusiyada-yanginda-7-nefer-oldu
Oxunma sayı: 1345

Rusiyanın Penza vilayətinin Nijniy Lomov şəhərində fərdi yaşayış evi yanıb.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə zamanı 3-ü uşaq olmaqla 7 nəfər yanaraq dünyasını dəyişib. 100 kvadratmetr sahəsi olan birmərtəbəli ev taxtadan olub.

Yanğının söndürülməsi üçün hadisə yerinə 18 nəfər canlı qüvvə və 6 ədəd texnika cəlb edilib.