Rusiyada yaşayış binasında partlayış, 12 yaralı var - Yenilənib - Video

rusiyada-yasayis-binasinda-partlayis-12-yarali-var
Oxunma sayı: 2401

Rusiyanın Nijni Taqil şəhərində beşmərtəbəli yaşayış binasında partlayış baş verib.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, hadisə nəticəsində xəsarət alanlar var.

Bildirilir ki, 1971-ci ildə tikilən binanın bir hissəsi tamamilə dağılıb. Hazırda Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerindədir.

İlkin məlumata görə, hadisəyə qaz balonunun partlaması səbəb olub.

***

Dağıntılar altından 3 nəfər xilas edilib.

Hadisə yerinə havadan xilasetmə qrupu göndərilib.

***

Nijni Taqildə fövqəladə vəziyyət elan edilib.

***

Partlayış nəticəsində 5 nəfər xəstəxanaya yerləşdirilib, onlardan üçü uşaqdır.

***

Dağıntılar altında 3 nəfərin axtarışları davam etdirilir.

***

Yaralı şəxslərin sayı 7-yə çatıb, onlardan 5-i azyaşlıdır.

***

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, 4-ü uşaq olmaqla 8 nəfər xəsarət alıb.

***

Yaralıların sayı 12 nəfərə yüksəlib, onlardan 6-sı uşaqdır.