Rusiyada yaşayış binasında partlayış, ölən var

rusiyada-yasayis-binasinda-partlayis-olen-var
Oxunma sayı: 954

Rusiyanın Krasnoyarsk şəhərində 3 mərtəbəli binada qaz partlayışı olub.

“Qafqazinfo” “İnterfaks”a istinadən xəbər verir ki, nəticədə binanın 6 mənzili dağılıb. İkisi uşaq olmaqla 12 nəfər xilas edilsə də, bir qadının həyatını qurtarmaq mümkün olmayıb.

Evlərdə, ümumilikdə 20 nəfərin yaşadığı bildirilir. Faktla bağlı araşdırma aparılır.