Rusiyada YDM-də partlayış, onlarla xəsarət alan var - Video

rusiyada-ydm-de-partlayis-onlarla-xesaret-alan-var
Oxunma sayı: 2302

Rusiyanın Novosibirsk şəhərində yanacaqdoldurma məntəqəsində partlayışlar və yanğın baş verib.

Bu barədə “Qafqazinfo” TASS-a istinadən xəbər verir.

Hadisə nəticəsində 35 nəfər xəsarət alıb, onlardan 20-si yanıq yaraları ilə hospitalizə edilib. Daha 15 xəsarət alana ambulator yardım göstərilib. 10-dan çox xəsarət alanın vəziyyəti ağır qiymətləndirilir.

Yanğın faktı üzrə cinayət işi qaldırılıb.