Rusiyada yeni rekord - Bir günə 791 nəfər öldü

rusiyada-yeni-rekord
Oxunma sayı: 1796

Rusiyada bir sutkada koronavirus infeksiyasına 25 293 yeni yoluxma halı qeydə alınıb.

“Qafqazinfo” Rusiyanın koronavirusa qarşı mübarizə üzrə Operativ Qərargahına istinadən xəbər verir ki, bununla da ölkədə ümumi yoluxma sayı 5 278 976-a çatıb.

Məlumata əsasən, son sutkada 791 nəfər koronavirus səbəbindən dünyasını dəyişib. Bu, pandemiya başlayandan bu günə qədər Rusiyada ölüm statistikası ilə bağlı yeni rekord göstəricidir.

Ümumilikdə Rusiyada 146 069 nəfər koronavirusdan həyatını itirib.