Rusiyada yeni ştama yoluxma aşkar olundu

rusiyada-yeni-stama-yoluxma-askar-olundu
Oxunma sayı: 1554

Rusiyada koronavirusun yeni “AY.4.2” ştamına yoluxma halları aşkar olunub.

“Qafqazinfo” xəbər verir ki, bunu Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidmətinin (Rospotrebnadzor) Mərkəzi Elmi-Tədqiqat Epidemiologiya İnstitutunun İnsan xəstəliklərinin diaqnostikasının yeni üsullarının işlənib hazırlanması üzrə elmi qrupun rəhbəri Kamil Hafizov deyib. 

Ekspert qeyd edib ki, koronavirusun yeni variantının aşkar olunması Rusiyada yoluxma sayının artmasına təkan verə bilər. K.Hafizov bununla yanaşı bildirib ki, Rusiyadakı vaksinlər virusun yeni versiyasına qarşı effektivdir. 

Qeyd edək ki, koronavirusun “AY.4.2” ştamı ilk dəfə Böyük Britaniyada aşkar olunub. Britaniyalı alimlərin məlumatına görə, sözügedən ştam “Delta” ştamının mövcud olan 45 altnövlərindən biridir.

Həmçinin oxuyun: Britaniyada koronavirusun yeni ştamı aşkarlandı