Rusiyada koronavirusun daha təhlükəli “Delta”, “Alfa”, “Beta” və “Gamma” ştammlarını iki saatda aşkarlaya bilən yeni test yaradılıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya Federativ Tibbi və Bioloji Agentliyi məlumat yayıb.
“Agentliyimizin tabeliyindəki mərkəzin alimləri koronavirusun “Alfa”, “Beta/Gamma” və “Delta” genetik xətlərinin RNA-sını, virusun S-proteinindəki xarakteristik mutasiyalarının polimeraza zənciri reaksiyası yolu ilə müəyyənləşdirmək üçün bənzərsiz bir test yaratdılar”, - məlumatda deyilir.
Testin iyulun 21-də təsdiqləndiyi və artıq kütləvi istehsala hazır olduğu bildirilib.
Qeyd olunub ki, “VOC v.2 AmpliTest” ən təhlükəli ştammları sadəcə iki saatda müəyyənləşdirmək fürsəti yaradır. O da əlavə olunub ki, bu, patogenin xüsusiyyətlərini anlamaq və xəstəliyin kliniki mənzərəsini təxmin etmək üçün çox önəmlidir.
Son xəbərlər
Son Xəbərlər