Rusiyada yol qəzasında 8 Ukrayna vətəndaşı öldü - Fotolar

rusiyada-yol-qezasinda-8-ukrayna-vetendasi-oldu
Oxunma sayı: 941

Rusiyanın Pskov vilayətinin Pustoşin rayonunda “Mercedes” mikroavtobusu ilə yük maşını toqquşub.

“Qafqazinfo”nun “REN TV”yə istinadən məlumatına görə, nəqliyyat vasitələri fevralın 12-dən 13-ə keçən gecə Rudo kəndi yaxınlığında qəza törədib. Nəticədə mikroavtobusda olan səkkiz Ukrayna vətəndaşı dünyasını dəyişib, daha iki nəfər xəsarət alıb.

Qəzanın səbəbləri müəyyənləşdirilir.