Rusiyanın Samara vilayətində ağır yol qəzası baş verib.
“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, DAF markalı yük maşını “Chevrolet Niva” avtomobili və “Citroen” sərnişin mikroavtobusu ilə toqquşub. Nəticədə 10 nəfər ölüb, 14 nəfər yaralanıb.
Qəzaya mikroavtobusun manevr etmək cəhdi göstərilir.
***
Yol qəzasında ölənlərin sayı 12 nəfərə çatıb. Yaralılardan 2-si xəstəxanada dünyasını dəyişib.
Son xəbərlər
Son Xəbərlər