Rusiyada yoldan keçənlərə binadan atəş açıldı - Yaralılar var+Video

rusiyada-yoldan-kecenlere-binadan-ates-acildi
Oxunma sayı: 2283

Rusiyanın Yekaterinburq şəhərində kirayədə qalan şəxs yaşayış binasının pəncərəsindən yoldan keçənlərə atəş açıb.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə nəticəsində bir azyaşlı qız və Rusiya Milli Qvardiyasının əməkdaşı yaralanıb. Uşağın vəziyyəti ağır, Qvardiya əməkdaşının vəziyyəti isə orta-ağırdır. Hadisəni törədən şübhəli polis tərəfindən saxlanılaraq sorğu-sual üçün daxili işlər şöbəsinə aparılıb.

Faktla bağlı cinayət işi açılıb.