Rusiyada yoluxmaların artım tempi zəifləyib

rusiyada-yoluxmalarin-artim-tempi-zeifleyib
Oxunma sayı: 1132

Rusiyada son sutka ərzində daha 4 774 nəfərdə koronavirusa yoluxma faktı aşkarlanması ilə yoluxanların ümumi sayı 62 773-ə çatıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya hökumətinin koronavirusla mübarizə üzrə operativ qərargahı açıqlama yayıb. Bildirilib ki, günlük qeydə alınan yoluxma faktlarının sayının azalması ilə epidemiyanın yayılma tempinin zəiflədiyi müşahidə olunub. Ötən günə nisbətən isə günlük qeydə alınan yoluxma sayı 462 nəfər azalıb. 

Xəstəlik səbəbindən həyatını itirənlərin sayı ötən gün ərzində daha 42 nəfər artaraq 555-ə çatıb. Ümumilikdə 4 891 pasiyent isə sağalaraq evinə buraxılıb.