Sinif yoldaşlarının sözlərinə görə, həmin gün rəfiqələrinin birinin evində toplaşıblar. Qumrunun ailəsinin ciddi olduğunu və qızı evə tez gəlməsini tapşırdıqlarını deyib və bu səbəbdən o, evi tez tərk edib.
Rəfiqəsi ilə birgə evdən çıxan Qumru az sonra yolda anası ilə telefonla danışır və daha sonra onunla əlaqə kəsilir və hazırda qızın harada olduğu məlum deyil.
Polislər Qumrunun Qafqaz adətlərinə uyğun olaraq gəlin kimi qaçırıldığı versiyasını da irəli sürüblər, lakin atası Mirsaleh Əhmədov bu versiyaya inanmadığını deyib.
Son xəbərlər
Son Xəbərlər