Moskva vilayətində yük maşını hərbçiləri daşıyan avtobuslara çırpılıb.
"Qafqazinfo" "RİA Novosti"yə istinadən xəbər verir ki, nəticədə 4 nəfər ölüb, 24 nəfər yaralanıb. Yaralılardan 21-i xəstəxanaya yerləşdirilib.
Rusiya Müdafiə Nazirliyi hərbçilərin ölümünü təsdiqləyib.
Qəzaya yük maşınının sürücüsünün idarəetməni itirməsinin səbəb olduğu bildirilir.


Son xəbərlər
Son Xəbərlər