Rusiyada 5 bal gücündə zəlzələ olub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geologiya üzrə Federal Araşdırmalar Mərkəzi məlumat yayıb.
Bildirilib ki, zəlzələ Kamçatka yarımadasının şərq sahillərində qeydə alınıb.
Təbiət hadisəsinin episentri Milkovo kəndindən 132 km aralıda yerləşib.