Rusiyada zəlzələ oldu

rusiyada-zelzele-oldu
Oxunma sayı: 3661

Rusiyanın Altay Respublikasında 5,0 bal gücündə zəlzələ baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Altay-Sayan bölməsinin saytında yazılıb.

“Zəlzələnin maqnitudası 5.0, zəlzələnin mərkəzində intensivlik 6.4-dür”, - məlumatda qeyd olunub.

Yeraltı təkanların episentrinin dağlıq ərazidə yerləşdiyi bildirilir.