Rusiyada zəlzələ oldu

rusiyada-zelzele-oldu
Oxunma sayı: 2152

Sakit okeanda Kamçatka yarımadasının sahillərində 4,8 bal gücündə zəlzələ baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Fövqəladə Hallar Nazirliyinin region üzrə mətbuat xidməti məlumat yayıb.

“Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka bölməsinin məlumatına görə, mayın 18-nə keçən gecə Sakit okeanda seysmik hadisə qeydə alınıb”, - məlumatda qeyd olunub.

Zəlzələnin 21 km dərinlikdə baş verdiyi bildirilir.

Yeraltı təkanlar nəticəsində tələfat və dağıntı olmayıb. Sunami təhlükəsi elan olunmayıb.