Rusiyada zooparkda yanğın - Heyvanlar təxliyə edilir

rusiyada-zooparkda-yangin
Oxunma sayı: 1487

Rusiyanın Rostov-na-Donu şəhərində yerləşən zooparkda yanğın olub. 

Bu barədə "Qafqazinfo" TASS-a istinadən xəbər verir. 

Məlumata görə, hadisə yerinə xilasedicilər cəlb olunub. 

Yanğın 300 kv.m. ərazini əhatə edib.

Heyvanlar müəssisənin ərazisindən təxliyə edilir.