“Rusiyada Azərbaycana qarşı informasiya müharibəsi təzə məsələ deyil. SSRİ dağılandan sonra bu müharibə daha da qızğın həddinə çatıb. Təəssüf ki, bu müharibədə biz uduzuruq. Buna səbəbsə, Rusiyada fəaliyyət göstərən erməni lobbisinin rus telekanallarına, KİV-nə diqtə etmək imkanlarının geniş olmasıdır”.
“Qafqazinfo” xəbər verir ki, bu fikirləri bir müddət əvvəl rus kanallarında Azərbaycan və Türkiyənin mövqeyini müdafiə etməklə ad çıxaran jurnalistimiz Fuad Abbasov keçirdiyi mətbuat konfransında deyib. O, 1997-ci ildən işlədiyi Türkiyənin nüfuzlu “İhlas”(İHA) xəbər agentliyindən çıxarılma səbəbinə də qismən aydınlıq gətirib: “Rus telekanallarına əvvəllər də dəvət alırdım. Amma ötən il Türkiyə tərəfindən rus hərbi təyyarəsinin vurulmasından sonra bu dəvətlər intensivləşdi. Əlbəttə ki, ekspert qismində hər dəvətimdə müxtəlif narazılıqlarla qarşılaşırdım. Maraqlıdır ki, son zamanlar rus kanallarında yeni ermənipərəst similar, politoloqlar, jurnalistlər ortaya çıxmağa başladı, onlar nəinki Türkiyə ilə Rusiya arasındakı münasibətləri dərinləşdirməyə xidmət edirdilər, həmçinin ara-sıra Azərbaycanı da təhdid edəcək mülahizələr söyləyirdilər.
Hər dəfə TV verilişlərdə adını belə eştmədiyim şəxslər ermənipərəst mövqeyini ortaya qoyanda dözə bilmirdim, Azərbaycanı da müdafiə edirdim. Sonuncu dəfə “Politika” verilişində hətta aparıcı Aleksandr Qordon yaxınlaşıb xəbərdarlıq etdi ki, Azərbaycanla bağlı hər hansı fikir söyləməyim. Əlbəttə ki, bu mümkün deyildi, çünki ermənipərəst ekspertlər təkcə Azərbaycana ləkə yaxmaq deyil, həm də təhqirə keçmişdilər”.
F. Abbasov deyir ki, sonuncu çıxışlarının birində tələb edib ki, bizim nümayəndələrə də çıxış imkanı yaradılsın: “Rusiyadakı səfirimiz Polad Bülbüloğlu “Dojd” TV kanalına müsahibə verdi, amma bu kanala Rusiyada baxan yoxdur. Hazırda Rusiyanın ən nüfuzlu və dünyaya açılan TV kanalı “Raşn tudey”(“Russian today”) kanalıdır ki, ora da yol tapmaq bizə çox çətin olardı. Biz sıradan rus kanalarında belə öz ədalətli vəziyyətimizi çatdırmaqda acizik”.
Rusiya telekanllarındakı sərt, cəsarətli çıxışlarının stressini yaşayan Fuad Abbasov üçün qəfildən işdən çıxarılması xəbəri də ağrılı gəlib: “Mənim səsimi kəsmək üçün verilişlərə dəvət olunmaya da bilərdim, yaxud Rusiya məni deportasiya etmək hüququndan da istifadə edə bilərdi. Fikrimcə, mənim sonuncu dəfə Azərbaycanı müdafiə etməyim Rusiyadakı erməni lobbisinə pis təsir edib, bu çirkin qrup da “İhlas” xəbər Agentliyinin Baş direktoruna mənim işdən qovulmamın sifarişini verib. İşdən çıxarılma səbəbini hələ tam anlamasam da, hər halda bu gözlənilməyən hal deyildi”.
F. Abbasov bundan sonra Moskvada fəaliyyətini davam etdirməyi düşündüyünü deyib.
Son xəbərlər
Son Xəbərlər