Rusiyadakı partlayışdan sonra 12 nəfər itkin düşüb

rusiyadaki-partlayisdan-sonra-12-nefer-itkin-dusub
Oxunma sayı: 2730

Dünən Rusiyanın Sergiyev Posad şəhərində zavodda baş verən güclü partlayışdan sonra 12 nəfər itkin düşüb.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, axtarış əməliyyatı davam etdirilir. 

Partlayış nəticəsində 111 tikiliyə zərər dəyib. Bunlar arasında sosial və inzibati binalar da var. 

Xatırladaq ki, avqustun 9-u səhər saatlarında Zaqorsk optik-mexaniki zavodunun ərazisində partlayış baş verib. İnsident zamanı 60 nəfər xəsarət alıb, 1 nəfər həlak olub. Partlayış zavodun pirotexnika saxlanılan anbarında qeydə alınıb.