Rusiyadakı pişiklər sanksiyalara məruz qaldı

rusiyadaki-pisikler-sanksiyalara-meruz-qaldi
Oxunma sayı: 6397

Beynəlxalq Pişiklər Federasiyası (FIFE) Rusiyadan olan pişiklərin təşkilatın himayəsi altında keçirilən beynəlxalq sərgilərdə iştirakına qadağa qoyub.

“Qafqazinfo” “Rossiyskaya qazeta”ya istinadən xəbər verir ki, qadağa Rusiyanın Ukraynada apardığı hərbi əməliyyatlarla bağlıdır.

Məhdudiyyət minimum mayın 31-dək davam edəcək.

FIFE-dən bildirilib ki, tətbiq olunmuş məhdudiyyətlər lazım olduqda yenidən nəzərdən keçirilə bilər.