Rusiyadakı terrorda azərbaycanlı qız həlak olub

rusiyadaki-terrorda-azerbaycanli-qiz-helak-olub
Oxunma sayı: 650

Rusiyanın Sankt-Peterburq şəhərində metroda baş verən partlayış nəticəsində ölənlər arasında azərbaycanlı qızın olduğu açıqlanıb. 

“Qafqazinfo” Diaspor.az saytına istinadən xəbər verir ki, bu, 20 yaşlı Əliyeva Dilbarədir. Əliyeva Dilbarə Sankt-Peterburq Dəmiryolu Universitetinin tələbəsi olub. Məlumatı Sankt-Peterburq şəhərində Azərbaycan diasporunun fəallarından olan Orxan Məcidov təsdiqləyib. Dispor fəalının sözlərinə görə, mərhum aprelin 4-də saat 10:00 da son mənzilə yola salınacaq.