Rusiyadan 14 min vaqon alınacaq

rusiyadan-14-min-vaqon-alinacaq
Oxunma sayı: 1863


“Qafqazinfo” report-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın “Uralvaqonzavod” Elmi-İstehsal Korporasiyasının baş direktor müavini Aleksey Jariç məlumat verib.

Baş müəssisənin bir neçə min əməkdaşının məcburi məzuniyyətə göndərildiyini bildirən direktor müavini, hazırda zavodun fəal müştəri axtarışında olduğunu deyib:

“Bu gün korporasiya müəssisənin işini artırmaq üçün fəal axtarışdadır, eləcə də, xarici müqavilələr bağlanır. Xüsusilə də, Azərbaycanla 14 min vaqonunun tikintisi barədə müqavilə imzalanıb. Təqribən 3 min vaqon bu il üçün nəzərdə tutulub ki, bu da bizə əməkdaşlarımızın bir hissəsini geri qaytarmaq imkanı verib”, - deyə o qeyd edib.