Rusiyadan 2 həftə əvvəl qayıdıb - Özünü asdı...

rusiyadan-2-hefte-evvel-qayidib
Oxunma sayı: 718

Qax rayonunda intihar hadisəsi baş verib. "Qafqazinfo" "Report"a istinadən xəbər verir ki, rayonun Çinarlı kənd sakini, 1970-ci il təvəllüdlü Şamil Şamxal oğlu Şamxalov özünü ağacdan asıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Ş.Şamxalov iki həftə öncə Rusiyadan qayıdıb. İntihar edərkən onun sərxoş vəziyyətdə olduğu bildirilir.
Faktla bağlı Qax rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.