Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov ABŞ tərəfindən Venesuela Parlamentinin sədri Xuan Quaydonu ölkənin “müvəqqəti prezidenti” kimi tanınmasına münasibət bildirib.
“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, o, ABŞ və bəzi ölkələrin müxtəlif bəhanələrlə Venesuelaya qarşı təzyiqi artırdığını bildirib:
“Bölgədəki ölkələr arasındakı fərqliliklərin dərinləşməyə meyilli olduğunu müşahidə edirik. Venesuela bizim strateji tərəfdaşımızdır və bu şəkildə qalmağa davam edəcək. Suverenliyinə və daxili işlərinə qarışmamaq prinsipini Venesuela ilə birlikdə qoruyacağıq.
Ryabkov ABŞ-a xəbərdarlıq edərək Venesuelaya mümkün hərbi müdaxilənin fəlakətə səbəb olacağını deyib.
Qeyd etmək lazımdır ki, Venesuela parlamentinin sədri və müxalifət lideri Xuan Quaydo dövlət başçısı Nikolas Maduro hökumətini tanımadıqlarını bildirərək, özünü müvəqqəti prezident elan edib.
ABŞ prezidenti Donald Tramp da ötən gün verdiyi açıqlamada Quaydonun “prezidentliyini” tanıdığını açıqlayıb.
Son xəbərlər
Son Xəbərlər