Rusiyadan ailəsinin yanına qayıtdığı gün maşın vurub öldürdü

Rusiyadan ailəsinin yanına qayıtdığı gün maşın vurub öldürdü
Oxunma sayı: 2296

Biləsuvar rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə ötən axşam rayonun Xırmandalı kəndi ərazisində qeydə alınıb.

Belə ki, Bakıdan gəldiyi avtomobildən yol ayrıcında düşən rayonun Nəsimi kənd sakini, 1975-ci il təvəllüdlü Bağışov Rafət Abiddin oğlunu maşın vurub.

Xəsərət alan şəxs xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.

Qeyd edək ki, 5 ay öncə Rusiyaya işləməyə gedən R.Baxışov ötən gün ailəsinin yanına qayıdırmış.

Surxay Şahbazov