Rusiyadan Azərbaycana gəldilər, bu səbəbdən saxlanıldılar

rusiyadan-azerbaycana-geldiler-bu-sebebden-saxlanildilar
Oxunma sayı: 13952

Heydər Əliyev Beynəlxalq Hava Limanında Rusiya vətəndaşı olan azərbaycanlılar saxlanılıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, təyyarə ilə Azərbaycana gələn 1990-cı il təvəllüdlü E.Səfərov sərhədçilər tərəfindən saxlanılaraq Hava Nəqliyatında Polis İdarəsinə verilib. Onun borclu qismində axtarışda olduğu məlum olub.

Həmçinin oxuyun: Банк Республика предлагает 10 возможностей для предпринимателей

Bundan başqa Bakıya gələn Rusiya vətəndaşı, 1995-ci il təvəllüdlü T.Mamedov da saxlanılaraq polis idarəsinə təqdim edilib. Bildirilib ki, o, istiqamətləndirici məktub əsasında saxlanılıb.

Qeyd edək ki, son günlərdə Rusiyada qismən hərbi səfərbərliyin elan edilməsi ilə əlaqədar bu ölkədə yaşayan və Rusiya vətəndaşı olan şəxslərin doğulduqları ölkələrə axını müşahidə edilir.

Nizam Rza