Rusiyadan Bakıya gələn mikroavtobus qəzaya düşdü - 7 yaralı

Rusiyadan Bakıya gələn mikroavtobus qəzaya düşdü
Oxunma sayı: 949

Rusiyanın Rostov vilayətindən Bakıya gələn mikroavtobusun qəzaya uğrayıb.

"Qafqazinfo" xəbər verir ki, hadisə Stavropol diyarının Budyonnovsk rayonunun Blaqodarnı qəsəbəsinin yaxınlığına baş verib. Hadisə nəticəsində 7 nəfər xəsarət alıb.

Onların hamısının Azərbaycan vətəndaşı olduğu bildirilir. Yaralılar xəstəxanaya yerləşdirilib.

Rusiya DİN-in Stavropol diyarı üzrə Baş İdarəsinin məlumatına görə, “Ford Transit” markalı mikroavtobus “Lifan” markalı minik avtomobili ilə toqquşub. Mikroavtobus toqquşmadan sonra yolun kənarındakı ağaca çırpılıb.

Faktla bağlı araşdırma aparılır.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi