Rusiya Çinlə Uzaq Şərqdəki sərhədini bağlayır.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya Baş Naziri Mixail Mişustin müvafiq sərəncam imzalayıb.
Baş Nazir bu addımı Çində vüsət alan koronavirusla mübarizədə atdığını bildirib.
Mişustin hökumətin iclasında qeyd edib ki, bu gün Uzaq Şərq bölgəsində sərhədi bağlamaq üçün tədbirlər görüləcək.
Qeyd edək ki, son məlumatlara görə, Çində virusa yoluxanların sayı 7 711 nəfərə çatıb, onlardan 170-i ölüb.
Son xəbərlər
Son Xəbərlər