Rusiya hökuməti ölkə ərazisindən keçən əcnəbi yük daşıyıcıları üçün rüsumu 2 dəfə artırıb.
“Qafqazinfo” Rusiya KİV-ə istinadən xəbər verir ki, qiymət ildə 60 mindən 120 min rubla yüksəlib. Gündəlik ödəniş isə 385-dən 850 rubla qədər artıb. Bu qiymətlər 3,5-dən 12 tona qədər yükdaşıma qabiliyyəti olan avtomobillərə aiddir. Rusiya, həmçinin rüsum ödəyəcək ölkələrin siyahısını da artırıb və Latviya, Litva da ora əlavə edilib.
Son xəbərlər
Son Xəbərlər