Rusiyadan Ermənistana silah daşınması başlayıb

rusiyadan-ermenistana-silah-dasinmasi-baslayib
Oxunma sayı: 3097

Rusiyadan 200 milyon dollar kredit hesabına alınan silah və hərbi texnikanın Ermənistana daşınması prosesi artıq başlayıb.

QafqazinfoVirtualaz.org-a istinadən xəbər verir ki, bu haqda Ermənistanın baş naziri Ovik Abramyan jurnalistlərə bildirib.

“Proses plan üzrə gedir. Heç bir problem yoxdur. Proses artıq başlayıb”-Abramyan jurnalistləri əmin edib.

Onun sözlərinə görə, məsələ Rusiya baş naziri Dmitri Medvedyevin İrəvana səfəri zamanı da müzakirə olunub.