“Qafqazinfo”ya daxil olan məlumata görə, Bakı şəhər sakini, 42 yaşlı Murad Paşayevin idarə etdiyi yük qatarı Xaçmaz rayonu Mançaroba kənd sakini, 38 yaşlı Vəlirza Ağamirzəyevin idarə etdiyi “VAZ 2105” markalı minik maşınını dəmiryolu keçidində vurub. Hadisə zamanı “Vaz 21 05” relslərdən 5-6 metr kənara düşüb. Qəza vaxtı maşında olan iki nəfər, sürücü Mançaroba kənd sakini 38 yaşlı Vəlirza Ağamirzəyev və sərnişin 32 yaşlı Uzunoba kənd sakini Elşad Hacıyev müxtəlif bədən xəsarətləri alıb.
Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları gəlib.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər