Rusiyadan gələn “Mercedes”də qanunsuz mallar aşkarlandı - Foto

Rusiyadan gələn “Mercedes”də qanunsuz mallar aşkarlandı
Oxunma sayı: 685

Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinə daxil olan məlumat əsasında “Samur” gömrük postuna daxil olan Rusiya Federasiyası vətəndaşının idarə etdiyi “Mercedes-Benz 220 CDI” markalı avtomobilə gömrük baxışı keçirilib.

“Qafqazinfo”ya verilən məlumata görə, baxış zamanı nəqliyyat vasitəsinin yük yerində olan ehtiyat təkərin yan hissələrindəki boşluqdan gömrük nəzarətinə bəyan edilməyən, müxtəlif adda ümumilikdə 100 ədəd soyuducu ehtiyat hissəsi-kondensator, 20 ədəd elektrik açarı, dişli təkər çarxı və ayırıcı aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi