Rusiya hərbi təyyarələri Suriyanın İdlib şəhərində mülki vətəndaşları hədəfə alıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, İdlibdəki Mülki Müdafiə nümayəndərinin yaydığı məlumata görə, Rusiyaya məxsus üç təyyarə şəhərə 17 dəfə hava hücumu edib. Hücum nəticəsində aralarında qadınlar və uşaqlar olmaqla 23 nəfər ölüb, 35 nəfər yaralanıb.
O da bildirilir ki, Əl-Vətəni və İbn Sina xəstəxanaları da hədəf alınıb və hücumlardan sonra hər iki xəstəxana tamamən yararsız hala düşüb.
Son xəbərlər
Son Xəbərlər