Rusiyadan Lapşinin Bakıya verilməsinə - Reaksiya

rusiyadan-lapsinin-bakiya-verilmesine
Oxunma sayı: 3856

Rusiya Aleksandr Lapşinin müdafiəsinə yönələn bütün lazımi hüquqi tədbirləri almağa davam edəcək.

Qafqazinfo” xəbər verir ki, bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov jurnalistlərin suallarını cavablandırarkən deyib.

Kreml rəsmisi xatırladıb ki, Lapşinin bir neçə, o cümlədən Rusiya vətəndaşlığı var:

“Onun maraqlarını hüquqi cəhətdən qorumağa çalışacağıq. Bu danışıqlar yolu deyil, lakin onun müdafiəsinə yönələn bütün vacib tədbirlər həyata keçirilir”.