Rusiyadan Lavrovla Kulebanın mümkün görüşü barədə - Açıqlama

rusiyadan-lavrovla-kulebanin-mumkun-gorusu-barede
Oxunma sayı: 2806

“Biz ukraynalıları və Rusiya tərəfini ən azı nazirlər səviyyəsində bir araya gətirmək istərdik”.

“Qafqazinfo” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

Rusiya xarici işlər nazirinin keçmiş müavini Gennadi Qatilov mövzu ilə bağlı “Anadolu” agentliyinin sualını cavablandırıb.

Qatilov Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Ukraynanın xarici işlər naziri Dmitro Kulebanın görüşünü dəstəkləyib:

"Əgər Lavrov-Kuleba görüşü baş tutsa, yaxşı olar".

Çavuşoğlu, həmçinin, Türkiyə hava məkanının Rusiya üçün bağlanmamasından da danışıb:

“Bu, təkcə Türkiyə üçün deyil, həm də sanksiyalar tətbiq edən ölkələr və onların vətəndaşları üçün vacibdir. Bu hava məkanının açıq olması strateji və humanitar baxımdan əhəmiyyətlidir. Ona görə də hava məkanını açıq saxlayırıq".