Polşa Rusiyadan xam neft idxalını dayandıracaq.
“Qafqazinfo” xəbər verir ki, bu haqda Polşanın Baş naziri Mateuş Moravetski açıqlama yayıb.
Moravetski Rusiyadan neft idxalının 2016-cı ildən bəri azaldığını və ilin əvvəlində 10 faizə endirildiyini bildirib:
“Rusiyadan neft idxalımız fevral və ya mart aylarında sıfıra enəcək”.
Varşava administrasiyası Rusiyanın Ukraynaya müdaxiləsi ilə əlaqədar idxalı dayandırmağı prioritet vəzifə hesab edir.
Qeyd edək ki, Polşanın ən böyük neft-qaz şirkəti PKN Orlen fevralın 25-də Rusiyanın Drujba boru kəmərindən neft nəqlini dayandırdığını elan edib.
Son xəbərlər
Son Xəbərlər