Rusiyanın energetika naziri Aleksandr Novakın fikrincə 2017-ci ildə neftin qiyməti 40-60 dollar arasında olacaq.
“Qafqazinfo” Azərtac-a istinadla xəbər verir ki, A.Novak bu ilin ilk 6 ayında neftin qiymətinin 40 dollar səviyyəsində olacağını deyib. Nazirin qənaətinə görə, cari ilin ikinci yarısında isə neftin qiyməti 45 dollaradək bahalaşacaq: “İlin sonunda neftin qiyməti 50 dollara qədər yüksələ bilər. Qiymətə şist qazından əldə edilən neft də təsir edəcək”.
Son xəbərlər
Son Xəbərlər